Uğrunda ölməli görüşüm qalıb…
Uğrunda ölməli görüşüm qalıb…
■ VÜCUDNAMƏ
Su kimi torpağa hopduq
Atadan, anadan qopduq
Bu dünyada nədən qorxduq
Sözdən, Allahdan savayı.
Hər gün günü-günə çəkdik
Çəkəmmədik, yenə çəkdik
Dərdin önündə nə çəkdik,
Nə çəkdik, ahdan savayı?
Beləcə ömrü bitirdik
Əmri yerinə yetirdik,
Gəldik, gördük, nə götürdük
Quru günahdan savayı?!
■ QÜRBƏT
Uzaqda yurd qoxusu var.
Neçə bələn, dağ ayırır.
Təzə qürbət qorxusu var.
Gözlərim qürbət səyriyir.
Yanır, yanır…
İçim qürbət havasına.
Yenə içimə çəkilləm,
Çıxıb göyümə çəkilləm
Yenə məni qınasalar.
Qat-qat qürbətlər görünür,
Durub göz-gözə qalalı.
Nə var ağrıdan anarı,
Nə var qürbətdən bəlalı.
Gəldi, bu da son, çatdı
Qürbət çıxmadı içimnən.
Keçdi karvannar da getdi
Tək mənmi qaldım köçümnən.?
■ DƏRD
Ayrılıq elə dərd deyil
Ayrılıq ağrıdı, gülüm.
Ayrılıq can almasa da
Ayrılıq ağrıdır, gülüm.
Çeşid-çeşid dərdlər varsa
Gəlib də qəsdinə dursa
Sən allahın altında dur
Allahın üstündə dursun.
İçimdə dərdlər ağrıyır,
Gözümdə dərdlər səyriyir
Məni sizdən ayırırsa
Çəkdiyim dərdlər ayırır.
■ Alıb
Nə gözə, nə qaşa vaxt baxan deyil,
Qış gəlib qapının ağzını alıb.
Ay Əli, bu xına, o xına deyil,
Yaş gəlib, qapının ağzını alıb.
Nə səksən addayıb, nə yetmiş gedib,
Ağıl göməşiyib, huşdan-huş gedib,
Gözdən nur çəkilib, dişdən-diş gedib,
Leş gəlib qapının ağzını alıb.
Ovumu bərədən qaçırdım,getdi,
Bəxt bir yol gülmüşdü uçurdum, getdi
O dolu illəri keçirdim getdi,
Boş gəlib qapının ağzını alıb.
Çox itlər hürüşdü, karvannar keçdi,
Cavannıq mənim də əlimnən uçdu.
Verəsim beşiydi, alasım üçdü,
Beş gəlib qapının ağzını alıb.
Gəl, dağı arana daşıma indi
Gözəlmi çıxacaq qarşına indi
Demə: nə daş salım başıma indi-
Daş gəlib qapının ağzını alıb.
■ S o h b ə t
Mənim göruləsi çox işim qalIb,
Başımdan aşıbdı ev qaygılarım.
Neçə uzaq- uzaq səfərim qalıb
Uğrunda ölməli görüşüm qalıb.
Yanımdan keçəmməz havayı ad-san,
Ələ ələyində, qovur saçında,
Uzaq nagıllardan gələn işıqsan.
Mən də ki, qalmışam yol ayrıcında.
Hələ gorüləsi çox isim qalıb,
Hələ neçəsi də düşüb baş ayaq
Vaxt olub bir misra yazmamışam,
Bütöv bir gecəni qalsam da oyaq.
Xəcalət gətirir soyugu yaşın
Özü də müdriklik vaxtına çəkir
Hələ şerlər var yazmamışam
Qəlbimdə nisgilli agrılar yatır.
Gördün ki, quruyam, susuzam, daşam
Elə axşam- səhər mohnət ver mənə,
Dolu urəyimi boşaltmamışam,
Bir azca səbr, möhnət ver mənə.
Boynumdan günahım asılan kimi,
Sinəmdə ürəyim qorsuz ocaqdı
Təzə şerlərim yazılan kimi
Köhnə günahların yuyulacaqdı.
Hələ ki, əlində bir gur cıragın
Həm də ki, ay ürək, yanar çagın var
Ya yol gedə -gedə ulduz olmağın,
Ya da bir qəfləti uduzmağın var
Yanından ötəmməz havayı ad san
Ələ ələyində, qovur sacında
Uzaq nagIllardan gələn işıqsan
Mən də ki, qalmışam yol .
* * *
Qaşımıznan göz arası
Olumuna, qalımına şükür.
Gecəynən gündüz arası
Gediminə, gəliminə şükür.
Bizi yenə div aparır,
Nağıllar gəlib aparır
Keflər alladıb aparır
Biz çəkən zülmünə şükür.
Bir az çalpaşıq veribsən,
Suynan, işıqnan veribsən
Dəryadan bir qaşıq veribsən
Bir qaşıq elminə şükür.
Taxt yazdığın taxtsız olmur
Baxt yazdığın baxtsız olmur.
Ölüm heç vaxt vaxtsız olmur,
Vaxtlı-vaxtsız ölümünə şükür.
* * *
Gedən süleymanlar, şahlar,
Dönən taxtdı, taxtdı.
Sənə güvəndiyim dağlar,
Sənə də gümanım yoxdu.
Gəldi də yaşımız çatdı,
Pisimiz, yaxşımız çatdı,
İnsanı yaşadan baxtdı,
Qəhr edən də baxtdı, baxtdı.
Torpaq altda itəsiyik,
Haqdan bir də bitəsiyik,
Bir də çıxıb gedəsiyik
Desələr ki, vaxtdı, vaxtdı!
* * *
Yerin tanrının yanımı,
Belə ucadı bilmədim.
İstədim açım qapını
Halın necədi bilmədim.
Yeddi qat sirrər oyatdı
Yeddi dağ, bələn oynatdı,
Sözün içimi göynətdi
Könlün incədi bilmədim.
Çixmaqnan bitməz hər yoxuş
Bitməz, saqqalı agarmış
Bizdən öncə ölüm varmış
Ölüm öncədi bilmədim.
Tahir TALIBLI. Goşgular