O dirilənədək
O dirilənədək
Axırıncı dəfə; — keçən il;
daha dəqiqi; — keçən ilin, payız fəslinin oktyabr ayında;
…ümidsiz, çarəsiz məmləkətimizə yağış yağmışdı…
elə; — göydəki buludların arasından qaçıb,
… canını qurtarmış yağış suları;
elə, birbaşa; — yerdəki qara torpağı bağrına basmışdı, …qucaqlamışdı…
***
indi də yağır, o yağış
indi də payızdı,
indi də oktyabr ayıdır…
inan ki; — sevgilim…
indi də göydən yağan yağış, yerdəki qara torpağı
…qucaqlayır…
***
kim deyir ki; — Allah təkdir…
kim deyir ki; — Allah tənhalığı,
…təkliyi çox sevir…
kim deyə bilər ki; — sevgilim,
…sənin kimi məni də Allah yaradıb…
…heç kim…
…heç kim deyə bilməz…
axı, sən deyirdin ki; — məni, sən yaratmısan…
elə; — Allahın məni tərk etdiyi bir vaxtda,
sonsuz,
sonu olmayan,
əbədi bir yolda,
…ümmanda…
…həmin o yolda…
…ikimizin birgə addımladığı o yolda…
elə; — Allahın məndən üz döndərdiyi bir vaxtda…
elə; — sən, mənim əllərimdən tutub saxlamısan…
elə; — Allahın lənətinə tuş gəlməyim deyə,
… sən, məni bağrına basıb qucaqlamısan…
***
deyim, biləsən;
biləsən ki, segilim; — Allah kainatı özü də bilmədən yaratdı…
beləcə; — Allah kainatı yaradandan sonra,
…kainatı sevməyə başladı…
elə; — kainatı yaradandan sonra,
…əlavə nə yaratdısa, onu da sevgi ilə yaratdı…
***
qulaq as, segilim,
yenə təkrarlayıram;
kim deyir ki; — Allah təkdir…
kim deyir ki; — Allah tənhalığı,
…təkliyi çox sevir…
əksinə, — əslində;
Allah kainatı, Ona həyan duraq deyə, yaratdı…
…arada…
Onun qapısını döyək;
Ondan nəsə istəyək;
…deyə…
arzularımız,
diləklərimiz,
dualarımız qəbul olmayanda da,
Onun hüzurunda məzlum qul kimi,
lap sahibsiz it kimi,
diz çöküb yalvaraq deyə;
… kainatı yaratdı…
***
nə dəyişdi ki, heç nə…
bircə heç nə dəyişdi…
yenə, əvvəlki kimi
yenə, zaman təkrarlandı…
yenə,
Allah məni tərk elədi,
yenə, üstəlik;
sən də məni tərk elədin…
***
sevgilim, unutma;
bir gün ikimiz də dünyamızı dəyişəcəyik…
məzarda olmasa da,
mütləq,
ya o qara torpağın altında
ya da o biri dünyada
eynən,
bu dünyanın insanları kimi
bəlkə, iki yad insan kimi
bəlkə, iki doğma insan kimi
ümidim var, yenidən, qovuşacağıq…
…kim bilir?!…
bəlkə, o dünyada da;
yenə, mən;
yenə, Allahdan,
yenə, səndən
…ikinci dəfə ayrılacağıq…
***
sevgilim, səni deyə bilmərəm;
amma, mənim sonsuzadək; — qəbirdaşımdakı rəsmimdə
…gözlərim, əbədi yol çəkəcək…
…qulaqlarım, hardasa uzaq bir yerdən…
adicə,
tənhalığa alışmış yetim bir insanın səsini umacaq…
tənhalığa alışmış yetim bir insanın səsinə möhtac qalacaq…
elə; — rəsmimdəki özüm
elə; — ruh kimi,
elə; — sevgilim, sənin dəfn oluduğun qəbri axtaracaq…
inan;
ruhum sənin qəbrini tapmaq üçün,
… qəbirstanlıqlar dolaşacaq…
***
elə isə; — hələlik, o dünyada görüşənədək
inan; — səni gözləyəcəm, bu dünyada ölüb,
…o dünyada dirilənədək…
Nikbin QASIMLI. Goşgular